Ana səhifə

HydraFacial

HydraFacial

HydraFacial

Hydrafacial – müasir estetik kosmetologiyada dərinin nəmləndirilməsi ilə dərindən təmizlənməsi, patentləşdirilmiş qeyri-invaziv cavanlaşdırma texnologiyasıdır. Hydrafacial – hər şey daxil proseduru hazırda dünyanın ən nüfuzlu estetik tibb klinikalarında və spa salonlarında ən populyar prosedurların başında yer alır. Bir Hydrafacial proseduru zamanı dəriyə üç qat təsir göstərilir: dərinin təmizlənməsi və  eksfoliyası, ekstraksiya, antioksidant terapiya və nəmləndirmə. Dəri eyni vaxtda vakuumun təsiri altında effektiv şəkildə təmizlənir və aktiv şəkildə müxtəlif aktiv zərdablarla nəmlənir. Yenilənmə, dərinin intensiv nəmləndirilməsi baş verir, müxtəlif dəri problemləri aradan qaldırılır və yaşlanmaya qarşı dəriyə qulluq həyata keçirilir.

Bu müxtəlif problemləri həll edən yenilikçi dəriyə qulluq sistemidir:
  • Yaşlanmanı ləngidir
  • Kiçik qırışları azaldır
  • Məsamələri sıxır
  • Dərinin teksturasını və rəngini yaxşılaşdırır
  • Artan piqmentasiya problemlərini həll edir
  • Günəş zədələrini bərpa etməyə kömək edir
  • Yağlı, səpkiyə meyilli dərinin problemlərini aradan qaldırır
  • Rozaseanı (çəhrayı sızanaqlar) aradan qaldırır
Hydrafacial texnologiyası müxtəlif dəri problemlərini unutmağa və sağlam, parlaq dərilərdən zövq almağa imkan verir. Sürətli, təsirli və uzunmüddətli nəticələr prosedurdan dərhal sonra nəzərə çarpır.