Ana səhifə

Acryos

Acryos

Acryos

Acryos- selülitlə mübarizə aparmaq, piy yığınlarını çıxarmaq, bədənin tonuslaşdırılması, liftinqi və modelləşdirilməsi üçün termal dövriyyəli eksklüziv bir kriyoelektrolipoliz sistemdir. Prosedurun təhlükəsizliyinin mühüm tərəfi ondan ibarətdir ki, piy hüceyrələri tədricən məhv olur və onların parçalanma məhsulları qaraciyər və digər orqanları həddən artıq yükləmir.
"Üz üçün lipoliz" proqramından istifadə etməklə boyun və ikinci çənədəki piy yığınları çox yaxşı bir şəkildə çıxarılır. Manipulada soyuqluğun meydana gəlməsi freonun istifadəsi olmadan baş verir.
Yalnız bir seansdan sonra piy toxumasının miqdarı 22% azalır.
Terapevtik istifadə: fibrozun müalicəsi, müxtəlif mənşəli ödemlərin müalicəsi, invaziv və aparat prosedurlarından sonra iltihabın aradan qaldırılması, cərrahi əməliyyatlardan sonra hazırlıq və reabilitasiya.
Vakuumsuz və dəhşətli qançırların olmadığı kriyolipoliz - artıq bir realllıqdır.
Yeni nəsil aparat - Acryos (Monaco) piy hüceyrələrini temperatur fərqi (soyuq / istilik) sayəsində çox diqqətli bir şəkildə parçalayır, eyni zamanda əzələləri işlədir (miyostimulyasiya).
Anesteziya tələb etməyən prosedur həkimin xüsusi cəhdləri olmadan həyata keçirilir: 4 plastina problemli yerlərdə yerləşdirilir və əvvəlcədən seçilmiş fərdi protokola uyğun olaraq öz işlərini görür. Kiçik sahələr və üz üçün əl ilə istifadə olunan ucluqlar təmin olunur. Apparat selülit, dəri sallanması, fiquranın korreksiyası, arıqlama proqramında özünü sübut edib.
Acryos-gözəl bir fiquranın xəyalı mümkündür!